\"Toy edənləri cəzalandırmaq kimi prinsipimiz yoxdur\" - DİN

12:15 / 14.04.2021
1054
"Nazirlər Kabineti yanında Operativ Qərargahın
təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə,
biz onu icra edirik".
Sfera.az xəbər verir ki, bunu Daxili İşlər
Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. DİN
rəsmisi karantin qaydalarının pozulması ilə bağlı qaynar xəttə çoxsaylı zənglərin
daxil olduğunu qeyd edib:
"Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma
zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi isə
özünün bundan məlumatlı olmasıdır. Həmin şəxs onu izləyən cihazı evdə qoyur və
evdəyəm görüntüsü yaradır. O məclisdə musiqiçilərin, xidmət personalının arasında
aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan
sui-istifadədir.
İnci
Sfera.az