“Beyin köçü”nü necə dayandırmalı? – “Düşünürlər ki, onları yüksək maaşla ölkədə saxlamaq olar, amma...”

10:47 / 14.04.2021
782
Adına "beyin köçü” verilmiş prosesin son illər
daha da intensivləşməsi ciddi narahatlıq doğurur. Müşahidələrə görə, yüksək təhsil
almış, öz iхtisası üzrə mütəхəssis hesab olunan vətəndaşlarımız ölkəni tərk edərək,
inkişaf etmiş dövlətlərin tanınmış elm və istehsal şirkətlərində işə düzəlirlər.
Bəs, bunun qarşısını necə almaq olar?
Milli Məclisin deputatı Tahir Mirkişilibununla bağlı Sfera.az-a açıqlamasında deyib ki, hər bir ölkənin inkişafında
ideyalara sahib, "beyinlə işləyən” insanların rolu çox böyükdür. Deputat
insanların işlədiyi yeri, yaşadığı ölkəni tərk etməməsi üçün çıxış yollarından
danışıb. Onun sözlərinə görə, çoxları düşünür ki, həmin şəxsləri yüksək maaş,
pul ilə motivasiya etmək olur:
"Amma aparılmış təhlillər bunun əksini göstərir.
İdeyalarla işləyən insanlar üçün yüksək maaş, pul sonuncu yerlərdə durur. O
zaman onlar üçün əsas motivasiya nədir?
Birincisi, qarşılarında böyük hədəfin və ətrafında bu hədəfə inananların
olmasıdır. Məsələn, Marsa uçmaq, dünyada birinci olmaq və s.
Millət vəkili qeyd edib ki, insan
resurslarının insan kapitalına çevrilməsi üçün bu motivasiyaların təmin edilməsi
mütləq şərtdir: "Əks halda, ideya sahibləri olan, beyinlə işləyən insanların
axınını dayandırmaq mümkün olmaz”.