Paralel qurumlar idarəetməyə ağırlıq gətirir – \"Bu nazirliklər ya ləğv olunmalı, ya da...\"

10:26 / 14.04.2021
959
Ötən günlərdə ölkədən 1,1 milyard manat
ekvivalentində nağd valyutanın çıxarılması məsuliyyətini iki qurumun bölüşə
bilmədiyinin şahidi olduq. Dövlət Gömrük Komitəsi (DGK) Mərkəzi Bankı, Mərkəzi
Bank isə DGK-nı günahlandırırdı.
Təəssüf ki, bu proses başqa qurumlarda da
özünü göstərir. Belə ki, vətəndaşlar hər hansı problemin həlli üçün dövlət
qurumuna müraciət edəndə "bu, bizlik deyil, başqa quruma müraciət edin” bəhanəsilə
onları digər qurumlara yönləndirirlər.
Məsələn, soyuq havalarda istilik problemi ilə
bağlı həmişə "Azəriqaz” və "Azəristilik enerji”, magistral su kəmərləri ilə bağlı "Azəravtoyol”
və "Azərsu” anlaşa bilmir, bələdiyyələr və
"JEK”lər, Səhiyyə nazirliyi və TƏBİB
kimi qurumlar zaman-zaman məsuliyyət bölgüsündə problem yaşayırlar. Nəticədə
əziyyəti vətəndaş çəkməli olur.
Politoloq Cümşüd Nuriyev bununla bağlı
Sfera.az-a açıqlamasında deyib ki, dövlət qurumlarının bu cür formalaşdırılması
Nazirlər Kabinetinin günahıdır:
"Bütün hallarda hər hansı fərman, sərəncam
hazırlanıbsa, Prezident Aparatına təqdim edilsə belə, Nazirlər Kabineti rəy
verməlidir. Amma bizdə psixoloji baryer var – kimin hansı iqtisadi maraqlarının
olmasından asılı olmayaraq bu, qəbul edilir. Heç bir ölkədə bu qədər paralel
qurumlar yoxdur. Məsələn, Səhiyyə nazirliyi, Təbib, İcbari Tibbi Sığorta -
artıq üç hakimiyyətlilik yaranıb. Yaxud, qaçaqmalçılıq məsələsi ilə həm Gömrük
Komitəsi, həm də Daxili İşlər nazirliyi məşğul olur. Çoxpilləli idarəçilik
doğru deyil.
Birincisi, bu qədər quruma ehtiyac yoxdur. Kənd
Təsərrüfatı Nazirliyi ilə bağlı da vəziyyət eynidir. Dövlətin aqrar siyasətini
bir qurum yerinə yetirər, 3-4 qurum yox. Yaxud, təhsil, mədəniyyət bir yerdə
olmalıdır. Peşə təhsilinə başqa qurum baxır, orta məktəblərə, ali məktəblərə
başqası. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ləğv olunmalıdır. Kimə
lazımdır bu qədər qurum? Əgər pensiya veriləcəksə, Dövlət Sosial Müdafiə Fondu
var. Nazirlik həm əlillərin reabilitasiyası ilə məşğuldur, həm əllilik dərəcəsi
müəyyən edir, həm də ev tikirlər. Vallah biabırçılıqdır. Axı dövlətin tikinti
komitəsi var”.
Müsahibimiz qeyd edib ki, oxşar səlahiyyətli
qurumların mövcudluğu rüşvətin, korrupsiyanın "çiçəklənməsi”nə gətirib çıxarır:
Günay Rəsulqızı