DİN gizli toy edənləri necə aşkar etdiklərini açıqladı - ZƏNGLƏR GƏLİR

DİN gizli toy edənləri necə aşkar etdiklərini açıqladı - ZƏNGLƏR GƏLİR
Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət karantin qaydalarında yumşalmalara getdi. Nəticədə insanların sui-istifadə halları müşahidə edildi”.

Sfera.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan "Çıxışa doğru” proqramında "karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır” sualına cavab verərkən deyib.

O bildirib ki, vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin güzəştindən öz şəxsi maraqları üçün istifadə etməyə başladı:

"Restoranlar, ictimai iaşə obyektləri açıldıqdan sonra yoluxmalar artdı və bu özünü statistikalarda da göstərdi”.

E.Hacıyev onu da əlavə edib ki, karantin qaydalarını pozaraq toy mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur:

"Anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar olur. Bu paylaşımlar araşdırılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Nazirlər Kabinetinin operativ qərargahının təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu təmin edirik.

Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi insanın özünün bundan məlumatlı olmasıdır. İndi bu vəziyyətin ağırlığına baxın: Bəziləri aktiv koronavirus xəstələrinə nəzarət məqsədilə tətbiq edilən proqramda yaşayış yerini tərk etmədiyi kimi görünmək üçün telefonunu evdə qoyur. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir”.

"Tibbi maskalardan istifadə isə təəssüf ki, görüntü məqsədi daşıyır. Yuxarı tənəffüs yolları bağlanmır, tibbi maskalar təyinatına uyğun istifadə edilmir”, - deyə E.Hacıyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...