Karantin rejimi ilə bağlı vacib xəbər -30-39 yaş aralığında...

Karantin rejimi ilə bağlı vacib xəbər -30-39 yaş aralığında...
"Yoluxma sayı bu tendensiya ilə davam edərsə, Ramazanda müəyyən qapanmaların olması qaçılmazdır".

Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Sadiqə Əliyeva deyib. 

O bildirib ki, qapanmalara gedilməməsi üçün vətəndaşlar karantin davranış qaydalarına əməl etməlidir:

"İftar süfrələrində toplaşmaların qarşısı alınmalıdır. Hər kəs müəyyən fədakarlıq edib, qaydalara əməl etsə, yoluxma sayında artım olmaz”.

S.Əliyeva yoluxma hallarının daha çox 30-39 yaşa aralığında qeydə alınması səbəbləri barədə də danışıb:

"İctimai yerlərdə və iaşə obyektlərində gənclərin daha çox olması səbəbindən onlar arasında virusa yoluxma halları üstünlük təşkil edir. Həm yoluxma, həm də ağırlaşma halları isə daha çox qadınlar arasında qeydə alınır. Bunun da səbəbi virusa yoluxan şəxslərin müəyyən qaydalara əməl edərək istirahət etməsi lazım olduğu halda gündəlik həyat tərzi ilə əlaqədar qadınlarda bu məhdudiyyətlərin olmasıdır. Bu səbəbdən onlar arasında ağırlaşmalar ola bilər”.

İnfeksionist son vaxtlar müşahidə edilən yoluxma sayındakı artımın vətəndaşların qaydalara əməl etməməsi ilə bağlı olduğunu bildirib:

"Yoluxma sayındakı artımda Britaniya ştammının və məhdudiyyətlərin ləğv edilməsinin müyyən dərəcədə rolu var. Lakin insanların özlərinin də müəyyən tədbirlərə riayət etməməsi səbəbindən bu artım baş verir”.

OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...