Türkiyəli memar insanları belə aldatdı - VİDEO

Türkiyəli memar insanları belə aldatdı - VİDEO
Ev və obyektlərini təmir etdirən şəxslər bir iş adamı tərəfindən aldadıldıqlarını iddia edirlər. 10-a yaxın şəxs Hakan Şengül adlı türkiyəli memarın onların təmir məqsədi ilə pullarını alıb, sonra isə işlərini yarımçıq qoyduğunu deyirlər. Bildirirlər ki, həmin şəxs eyni üsulla insanlara ümumilikdə yarım milyon manata qədər ziyan vurub. Aldadılan şəxslər arasında bir Türkiyə vətəndaşı da var. Əməkdaşlarımız Hakan Şengüllə telefonla danışıblar. O, bu iddialarla bağlı nə deyib?

Özünü memar kimi təqdim edən Türkiyə vətəndaşı-Hakan Şengül adlı şəxs 10-a yaxın şəxsi aldadaraq, onların küllü-miqdarda pulunu mənimsəyib. Zərərçəkmişlər iddia edirlər ki, həmin şəxs kiminin evinin, kiminin isə obyektinin təmirini yarımçıq qoyaraq, onlara maddi ziyan vurub. Onun aldatdığı şəxslər arasında Hakan Tanrıverdi adlı Türkiyə vətəndaşı da var. O, bildirir ki, bir müddət əvvəl Yasamal rayonunda yerləşən evinin təmirini Hakan Şengülə həvalə edib. 130 min manatlıq razılaşma əldə edilib və bu razılaşmaya görə, Hakan Şengül yaşayış evini otel halında təmir edib, sahibinə təhvil verməli imiş.

Hakan Şengülün aldatdığı insanlardan biri olduğunu deyən Firdovsi Xəlilov adlı şəxs isə Xətai rayonu, Zeytun küçəsində yerləşən evinin ilkin təmiri üçün Hakana 27 min manat pul ödəyib. Eyni senari onun da başına gəlib. Hakan Şengül 6 min manat dəyərində işi gördükdən sonra yoxa çıxıb. 

Zərərçəkmişlər bildirirlər ki, o eyni üsulla daha bir neçə nəfəri aldadıb. 

Bütün bu iddialarla bağlı Hakan Şengüllə əlaqə saxladıq. O, zəngimizə cavab versə də, sualı dinlədikdən sonra telefonu üzümüzə söndürdü. Daha sonra dəfələrlə yığsaq da, cavab vermədi.

Zərərçəkənlər deyirlər ki, Hakan Şengül ümumilikdə onlara təxminən yarım milyon manata yaxın ziyan vurub. Onlar hüquq-mühafizə orqanlarının bu məsələni ən qısa vaxtda araşdırıb, hüquqi qiymət verəcəyinə inanırlar.

OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...