Cəbrayıl və Qubadlıda 750-yə yaxın ağac əkildi

Cəbrayıl və Qubadlıda 750-yə yaxın ağac əkildi
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” ("Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarında keçirilən növbəti ağacəkmə aksiyası zamanı ərazidə 750-yə yaxın ağac əkildi.

Sfera.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub: "Amma qəlbimiz həmişə bu torpaqlarla döyünüb. Bir həftə əvvəl Zəngilana səfər etmişdik. Bu dəfə Cəbrayıl və Qubadlıya səfər etdik. Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekoloji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız".

Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub: "Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Bu gün burada Şərq çinarı, palıd və tut ağacları əkildi".

F.Əliyev ermənilərin törətdikləri vandallıqla bağlı beynəlxalq qurumlara müraciət edib. Bildirib ki, erməni vandalları işğal etdikləri ərazilərdə ekosit törədib: "Onlar bilirdilər ki, bu torpaqlar onların deyil və onlara qalmayacaq. Ona görə də burada təbiətə, ekologiyaya qarşı bu vəhşilikləri törədiblər. Bu hərəkət onu deməyə əsas verir ki, ermənilər hələ də mağara təfəkküründə qalıb, Azərbaycanın ekologiyasına qarşı da vəhşiliklər törətməkdən çəkinməyib. Beynəlxalq təşkilatlar bu cür vandallıqları qiymətləndirməlidir".

OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...