AQTA sədri belaruslu nazirlə görüşdü

AQTA sədri belaruslu nazirlə görüşdü
Aprelin 13-də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviçlə görüşüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sfera.az-a verilən məlumata görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən Qoşqar Təhməzli son dövrlərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və inkişafı sahəsində həyata keçirilən tədbirlər və qəbul olunmuş qərarlar barədə qonaqlara ətraflı məlumat verib.

Agentlik sədri ölkəmizdə heyvan sağlamlığının təmin olunması, baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili və heyvanların identifikasiyası sisteminin qurulması ilə əlaqədar görülən tədbirlərdən danışaraq qeyd edib ki, heyvan sağlamlığının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, baytarlıq dərmanlarının istehsalında Belarus Respublikasının təcrübəsinin öyrənilməsi, həmçinin qida təhlükəsizliyi sahəsində informasiya sistemlərinin inteqrasiyası iki ölkə arasında münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.

Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və heyvan sağlamlığı, baytarlıq dərmanları, yem və yem əlavələrinin tədqiqi və qeydiyyatı, o cümlədən elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycanla Belarus arasında qida məhsullarının idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan nəzarət tədbirləri müzakirə olunub. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya sahəsində Belarus Respublikasının ixtisaslaşmış universitetləri ilə birgə təlim və seminarların təşkilinə dair fikir mübadiləsi aparılıb.

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç AQTA sədri Qoşqar Təhməzlini bu il iyunun 1-dən 5-dək keçiriləcək "Belagro" sərgisinə dəvət edib.


OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...