Putinin Moskva çayı sahilində gizli bunkeri var? – Peskovdan açıqlama

Putinin Moskva çayı sahilində gizli bunkeri var? – Peskovdan açıqlama
Kremlin sözçüsü Dmitri Peskov  Putinin Federal Məclisə illik müraciətinin hansısa "gizli bunker”də hazırlanması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.
 
"İllik müraciət Kremldə hazırlanır. Hazırlıq prosesində Nazirlər Kabinetinin üzvləri də daxil olmaqla, ən müxtəlif ekspert qrupları fəal surətdə iştirak edir. Burada heç bir sirr yoxdur ”,- deyə  Rusiya liderinin  mətbuat katibi bildirib.
 
Sfera.az-ın "İnterfaks”-a istinadla məlumatına görə, Peskov qeyd edib ki, mətbuatda təqdim edilən məlumatlara zidd olaraq, çayın o üzündə, Ağ evlə qarşı-qarşıya bunker deyil, hökumətin Koordinasiya Mərkəzi yerləşir. Hökumətin koordinasiya tapşırıqlarını yerinə yetirmək üçün yaradılan sözügedən mərkəz geniş konfrans salonunda fəaliyyət göstərir.
 
"Orada gizli heç nə yoxdur. Mərkəzin ziyarətçiləri arasında müxtəlif sahələr üzrə  ekspertlər, biznes və hakimiyyət nümayəndələri, millət vəkilləri də var”,-deyən Kreml rəsmisi dövlət başçısının yaxın vaxtlarda mərkəzi ziyarət edəcəyini qeyd etməyi də unutmayıb.
 
Qeyd edeək ki, bir müddət əvvəl Bloomberg mənbələrə istinadla məmurlar Putinin illik müraciətini  Moskva çayının  sahilində yerləşən yüksək texnologiyalı gizli yeraltı bunkerdə  hazırladıqlarını iddia etmişdi.
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin aprelin 21-də Federal Məclisə müraciəti olacaq. Əvvəlki müraciət 2020-ci ilin yanvarında baş tutmuşdu. O zaman prezident Rusiya Konstitusiyasına dəyişikliklər etməyi təklif etmişdi. Ötən ilin noyabrında təqvim ilinin sonunadək müraciətin səsləndirilməsi üçün hüquqi öhdəlik olmadığını əsas gətirən Kreml illik müraciətin 2021-ci ilə keçirildiyini elan etmişdi.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...