Xüsusi karantin miqrantlara nə kimi problemlər yaradır? - Azər Allahverənovdan açıqlama

Xüsusi karantin miqrantlara nə kimi problemlər yaradır? - Azər Allahverənovdan açıqlama
"Bir ildən çoxdur davam edən pandemiya şəraiti miqrasiya sahəsinə də təsirsiz ötüşməyib. Dövlətlərarası miqrasiya mübadiləsində durğunluq müşahidə edilir”.

Bunu Sfera.az-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov xaricdə işləyən miqrantlardan danışarkən bildirib. Onun sözlərinə görə, karantin rejiminin mövcud olduğu yerlərdə dövlətlərarası sərhədlərdə müəyyən məhdudiyyətlər tətbiq olunur, hətta bəzi hallarda sərhədlər tamamilə qapadılır:

"Eynilə Azərbaycanla həmsərhəd olan dövlətlər arasında quru sərhədlər üzərində xüsusi karantin rejimi mövcuddur. Bu da ölkələrarası miqrasiya mübadiləsinə mənfi təsir göstərir. Vaxt var idi, məsələn, Rusiya Federasiyasında yaşayan azərbaycanlıların sayı təxminən 600 min civarında idi. Amma pandemiya səbəbilə bir çox iş yerlərinin bağlanması, iri layihələrin dayandırılması miqrantların sayına təsir etdi. Bu baxımdan 2020-ci ildə Rusiyada yaşayan azərbaycanlıların sayı 350 min civarında olub. Eynilə bu vəziyyət digər ölkələrdə də müşahidə edilir”.

Müsahibimiz həmin ölkələrdə yaşayan miqrantların hansı çətinliklərlə üzləşdiklərindən də söz açıb: "Sərhədlərin bağlanması heç də hər zaman miqrantın öz ölkəsinə qayıtmasına imkan vermir. Nəticə etibarilə həmin ölkədə qalan miqrant istər-istəməz çox çətin vəziyyətə düşür. Birincisi, iqtisadi cəhətdən maddi sıxıntılar yaşamaq məcburiyyətində qalırlar. Çünki iş yerləri bağlıdır və öz ölkəsinə qayıda bilmir. Maddi sıxıntı olduğu halda, digər problemlərlə də üz-üzə qala bilirlər. Bu səbəbdən bir çox ölkələr bu və ya digər formada miqrantlar, onların ailələri üçün müəyyən dəstək proqramı həyata keçirirlər. Bəllidir ki, hamısını əhatə etmək mümkün olmur. Daha çox risk qrupuna aid edilənlərə bu kimi dəstəklər göstərilir”.

A.Allahverənov qeyd edib ki, pandemiyaya görə ölkə ərazisində qalan miqrantlar hansısa qeyri-qanuni müstəvilərə və ya hərəkətlərə səbəb ola bilirlər: "Pandemiyadan əziyyət çəkən miqrantlar həm də risk qrupuna aiddirlər. Onlar müxtəlif mütəşəkkil cinayət qruplarının toruna düşə və ya onlardan müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Avropanın bir çox dövlətlərində xüsusilə bununla bağlı çox ciddi mübarizə həyata keçirilir. Şəxs əgər ölkə ərazisində qanuni əsaslarla yaşayırsa və sonra müəyyən səbəblər ucbatından qeyri-qanuni müstəviyə düşürsə, o artıq risk qrupuna aid olunur.
 
Buna görə də bir çox dövlətlərdə, o cümlədən Azərbaycanda sərhədlər üzərində məhdudiyyətlər tətbiq edildiyi üçün ölkə ərazisində müvəqqəti əsaslarla yaşayan, xüsusilə qanunvericiliyin verdiyi 90 gün müddətində ölkə ərazində qalan miqrantların statuslarının leqallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Əks halda, qanuni statusdan qeyri-qanuni statusa keçənlər bir çox neqativ, kriminal elementlərin təsirinə düşə bilərlər. Azərbaycanda da bu sistem qurulub. Hazırda sərhədlərin bağlanmasına görə ölkə ərazisində qalan insanların hüquqi müstəvidə hər hansı çətinlikləri yoxdur”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...