Azərbaycanda yaşlı əhalinin əsas hissəsi bu bölgələrdə yaşayır

Cəmiyyət
14:14 / 13.04.2021
789
"Azərbaycan əhalisinin 7,2%-i 65 və yuxarı yaşda insanlardır”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. O, ölkənin ən yaşlı bölgələrindən söz açıb:
"Bölgələr üzrə mənzərə fərqlidir. Həmin göstərici Tərtər üzrə 12%, Gədəbəy üzrə 9% ətrafındadır. Gəncə, Bakı, Qazax, Naftalan, Kəlbəcər üzrə 8-9% intervalında dəyişir. Ən aşağı göstərici Abşeron (3.5%), Yardımlı (5%), Cəlilabad (5,1%), və Neftçalada (5,2%) qeydə alınıb”.
Ekspertin sözlərinə görə, yaşlı əhalinin payına adətən 2 amil təsir edir:
"Bu amillərdən biri ölkədə yüksək təbii artım səbəbindən aşağı yaş qrupundan əhalinin daha yüksək çəki qazanmasıdır. Digər amil isə əhalinin 65 yaşdan sonrakı orta ömür müddətinin aşağı olması ilə bağlıdır. Yaşlı əhalinin xüsusi çəkisi əsasən ölkənin Aran rayonlarında və cənub bögəsində aşağıdır - 5-6% intervalında”.
Günay
Sfera.az