Qüdrət Həsənquliyevdən YAŞAT Fondu və pandemiyaya ilə bağlı ÇAĞIRIŞ

Qüdrət Həsənquliyevdən YAŞAT Fondu və pandemiyaya ilə bağlı ÇAĞIRIŞ
Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb.
 
Sfera.az-ın məlumatına görə, deputat bildirib ki, Ramazanın ən gözəl ənənəsi yardımlaşma, dəstək verməkdir. Bu mənada millət vəkili həmkarlarına, o cümlədən iclasda iştirak edən Hesablama Palatasının üzvlərinə müraciətlə hər kəsi YAŞAT Fonduna miqdarından asılı olmayaraq, növbəti dəfə vəsait köçürməyə çağırıb: 

"YAŞAT Fondu qazilər və şəhid ailələrinin ehtiyacları üçün işlər görür. Ona görə də bu fonda vəsait köçürülməsinə ehtiyac var. Həm də müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər”.

Deputat həmçinin çıxışında son günlər koronavirusdan ölüm saylarının artmasından dolayı narahatlığını da ifadə edib: 

"Pandemiya bütün dünyada gündən-günə genişlənir. Ancaq ölkəmizdə peyvənd olunma işi çox da sürətlə getmir. Əgər vaksin ehtiyatlarımız varsa, televiziyalarda sosial çarxlar yayınmalıdır. Bununla bağlı maariflənməyə ehtiyac var. Təbliğat işləri yetərli deyil”.


OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...