Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Ev almaq istəyənlərə ŞAD XƏBƏR
Mövcud makroiqtisadi vəziyyət daşınmaz əmlak qiymətlərinin yüksəlməsini çətinləşdirir. Xüsusən, ümumi daxili məhsul (ÜDM) istehsalının nominal göstəricilərinin kiçilməsi daşınmaz əmlak bazarında aktivliyi azaldır, bahalaşmanın qarşısını alır. 

Sfera.az bildirir ki, ÜDM-nin nominal göstəriciləri ilə daşınmaz əmlak bazarındakı qiymət səviyyəsi arasında əlaqə mövcuddur. 2020-ci ildə ÜDM-nin nominal dəyəri 9,25 milyard manat və ya 11,3 faiz azaldı. 2019-cu ildə dəyəri 81,681 milyard manat olan ÜDM istehsalı 2020-ci ilin yekununda 72,432 milyard manata endi. 

İqtisadiyyatın nominal dəyərinin kiçilməsi daşınmaz əmlak bazarına da təsir göstərdi və nəticədə burada qiymətlər endi. 

Bu fakt göstərdi ki, böhran dövründə ÜDM ilə yanaşı daşınmaz əmlakın da qiyməti düşür. Adətən daşınmaz əmlak bazarında qiymət enməsi nominal ÜDM-nin enmə faizini qabaqlayır. Ötən il nominal ÜDM 11 faizdən çox kiçildiyi halda təkrar mənzil bazarında qiymətlər daha çox düşüb. 

2021-ci ildə də daşınmaz əmlak bazarında qiymətlər yüksəlmir, əksinə bəzi sahələrdə enmə davam edir. Bunun səbəbi ilin ilik 2 ayında ÜDM-nin nominal dəyərinin kiçilməsidir. 2020-ci ilin yanvar-fevral dövründə ÜDM istehsalının dəyəri 12,5 milyard manat olmuşdu. Bu ilin eyni dövründə nominal dəyər 12 milyard manata enib. Nominal dəyərdə azalma 4 faizdən yüksəkdir. 

Əvvəlki illə müqayisədə nominal dəyərdə azalma sürəti böyük olmasa da, hər halda azalmanın yaşanması daşınmaz əmlak qiymətlərinin artmasının qarşısını alır. 

Buna görə də deyə bilərik ki, nominal qiymətlərlə ifadədə iqtisadi artım olmasa, bu il də ölkəmizdə daşınmaz əmlak, o cümlədən mənzil qiymətləri yüksəlməyəcək. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...