Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

11:55 / 13.04.2021
5764
"Sahil Babayev nazirliyi özünün qardaşı,
bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub”.
Bu sözləri Sfera.az-a açıqlamasında Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxta əlililik dərəcəsi verildiyini əsas
gətirməklə 90 min əlilliyi olan şəxsi bu hüquqdan məhrum etməsinə münasibət
bildirərkən, ekspert Cümşüd Nuriyev deyib:
"Başda nazir olmaqla, burada oturanlar təcrübəsi
olmayan qeyri-peşəkarlardan ibarətdir. Nazirlikdə həddən çox özbaşınalığa yol
verirlər. Ağıllarına nə gəldi, onu da edirlər. Əliliyi kəsilənlərdən biri
Ağsuda yaşayan qohumumdur. Anadangəlmə əlil olan Zülfüqarova Məleykə Ağaməmməd qızı 37 ildir ki, pensiya
alırdı. Ancaq 37 ildən sonra ƏƏSMN-nin
işçiləri onun guya sağlam olduğunu kəşf ediblər”.
Həmsöhbətimiz nazirlikdəki
neqativ hallardan söz açıb:
"Dünyanın əksər ölkələrində belə bir nazirlik fəaliyyət
göstərmir. Pensiya yığımı Dövlət Sosial Müdafiə Fondunda cəmləşməlidir. Qalan
işlər isə Səhiyyə Nazirliyinə verilməlidir. ƏƏSMN-nin yaratdığı "Dost mərkəzləri” də başdan ayağa
qanunları tapdalayan quruma çevrilib”.
C.Nuriyev sözügedən qurumu diskriminasiyaya
yol verməkdə suçlayıb:
"15 ildən çox dövlət qulluğunda çalışsam da,
263 manat təqaüd alıram. Biabırçılıqdır. Mənimlə bərabər seçilən başqa deputata isə tamam fərqli münasibət göstərilib. İnsanlara
münasibətdə yaradılan bu özbaşınalıq qurumda diskriminasiyanın mövcud
olmasından xəbər verir.
ƏƏSMN hazırda Azərbaycan
xalqını dövlətin əleyhinə qaldırmaqla məşğuldur. 90 min adam 90 min taledir. Nə
ixtiyarınız var ki, həkimlərin verdiyi sənədləri qeyri-qanuni hesab edirsiniz?
Elçin