Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayonun Uğurbəyli kənd sakini Rəhman Hüseynov koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

R.Hüseynovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

OXŞAR XƏBƏRLƏR