Brayza Ağdamın mərkəzində: Ümid edirəm ki... - VİDEO

Brayza Ağdamın mərkəzində: Ümid edirəm ki... - VİDEO
İndi Ağdam şəhərinin mərkəzindəyəm. Gördüyünüz kimi, burada heç bir şey qalmayıb. Nasistlərin 1945-ci ildə Varşavada hər şeyi məhv etməsindən sonra olduğu kimi. Nifrətin nə dərəcədə olduğuna baxın. Ermənilər şəhəri bu qədər vəhşicəsinə dağıdıblar.

Sfera.az xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu gün ADA Universiteti ilə birlikdə beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna səfəri zamanı deyib.

O, Ağdamın və onun görməli yerlərinin məruz qaldığı vəhşiliyin videogörüntülərini çəkib:

"Ağdamdakı məşhur Cümə məscidi çox gözəldir. Mənim üçün bu itirilənlərin, lakin eyni zamanda ümidin simvoludur. Çünki 10 noyabrda əldə edilmiş razılaşmalar sülhün bərqərar olması üçün sabit platforma yaradıb. Ümid edirəm ki, bir neçə il sonra azərbaycanlılar buraya qayıda biləcəklər, amma bunun üçün əvvəlcə bütün minaları zərərsizləşdirmək lazımdır. Ermənistan Azərbaycana minalı ərazilərin xəritələrini verməlidir”.

O həmçinin məsciddən çıxan azərbaycanlı əsgəri də görüntüyə alıb:

"Ağdamdakı məsciddən azərbaycanlı əsgərin çıxdığını görmək çox təsirlidir, bu, həyatın şəhərə necə qayıtdığını simvolizə edir, bu torpağa sülhün gələcəyinə bir vəd kimidir”.

M.Brayza beynəlxalq analitiklər qrupu ilə birlikdə Ağdamdakı Qarabağ xanlarının sarayını da ziyarət edib və burada bu tarixi obyektin məruz qaldığı vəhşilikləri öz gözləri ilə görüb: "Son 30 ildə mal-qara tövləsi olaraq istifadə edilmiş xan məqbərəsi. Burada hələ də qoxu var”, - o deyib.

"Səyahətimin sonunda isə Xocalı və Xankəndiyə aparan yolun ümidlərlə dolu mənzərəsi durur”, – M.Brayza deyir.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...