Baş nazir karantini pozduğu üçün cərimələndi

Baş nazir karantini pozduğu üçün cərimələndi
Norveçdə ölkənin baş naziri Erna Solberq karantini pozduğu üçün cərimələnib.
 
Sfera.az xəbər verir ki, Erna Solberqin fevral ayında xizək mərkəzlərindən birində 13 nəfərlə eyni masada oturaraq qonaqlıq təşkil etdiyinin görüntüsü ortaya çıxıb. Norveçdə qüvvədə olan koronavirus qadağalarına görə tədbirlərdə 10 nəfərdən çox insan iştirak edə bilməz.

Bu səbəblə istintaqa cəlb olunan baş nazir 20 min Norveç kronu (2352 dollar) məbləğində cəzalandırılıb.

Polis rəsmisi Ole Saeverud məsələ ilə bağlı təşkil olunan mətbuat konfransında normalda bu kimi hallarda cəza verilmədiyini, lakin məhdudiyyətləri pozan şəxsin baş nazir olması səbəbilə belə addım atıldığını diqqətə çatdırıb.  O, "Qanunlar hamı üçün eyni olsa da, hər kəs qanun qarşısında bərabər deyil”, - deyə bildirib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...