Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod

Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod

Bağırsaqlarda şlakların yığılması insanda narahatlıq yaradır. Xüsusilə qadınların yoğun bağırsağı qida, iqlim dəyişikliklərinə reaksiya verir. Çünki yoğun bağırsaq çox həssas orqandır, orqanizm daxilində baş verən istənilən dəyişikliklərə reaksiya verə bilər.

Sfera.az axşam.az-a istinadən zərif cinsin nümayəndələrinə bağırsaqları sanki yuyub təmizləyən 2 maraqlı resepti təqdim edir. Əslində bu reseptdən kişilər də istifadə edə bilər. Sadəcə xanımlar qarnı əridən metodlardan geniş istifadə etdikləri, düz və  hamar qarına sahib olmağa çox çalışdıqları üçün bu reseptləri daha həvəslə tətbiq edirlər. 

Beləliklə, sizlərə bağırsaq üçün iki maraqlı resept təqdim edirik. Yazılanlara inansaq, birinci reseptlə hətta aya 11 kq arıqlamaq mümkündür. Bu tərz qidalanmanın müsbət tərəfi odur ki, onun sayəsində üzün rəngi açılır, canlanır, tərkibindəki B qrup vitaminləri isə saçların tökülməsinin, dırnaqların qırılmasının qarşısını alır.

Bağırsaq üçün birinci qidanın resepti aşağıdakı kimidir:

Yulaf lopası - 5 xörək qaşığı
Su - 5 xörək qaşığı
Süd - 1 çay qaşıq və ya 1 çay qaşığı qaymaq
Bal 1 çay qaşığı
Qoz  - 5 ədəd

Hazırlanması:

Axşamdan 5 xörək qaşığı yulafı 5 xörək qaşığı qaynadılmış soyuq suda isladın. Səhər tezdən ona 1 xörək qaşığı süd və ya 1 çay qaşığı qaymaq, 1 çay qaşığı bal və 5 ədəd qoz və ya fındıq ləpəsi əlavə edin. Bütün bunları yaxşıca qarışdırın və yeyin. 
Üç saat ərzində heç nə yeməyin, içməyin.

İkinci reseptin də təsiri eynidir. 

Kefir və qarabaşaq unu bağırsaqları təmizləyir, maddələr mübadiləsinin və mədəaltı vəzinin fəaliyyətini normallaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Həqiqətən də əsl müalicə vasitəsidir!

Bir xörək qaşığı qarabaşağı qəhvəüyüdəndə üyüdüb un halına salın, onu bir stəkan kefirə əlavə edib soyuducuya qoyun. Səhər yeməkdən yarım saat əvvəl şəfaverici vasitəni için. Müalicə kursu - 14 sutkadır.

Bu reseptləri səhər və ya axşam istifadə edən və qidalanmasına bir qədər diqqət yetirənlər 5-10 kilo arıqlayacaqlar.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada Azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...