Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu

Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu
Şəmkir rayonunda dəmiryolu stansiyasının ərazisində oğurluğa cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hadisə aprelin 8-də baş verib.

Şəmkir rayon sakini C.Məmmədli rayonun dəmir yolu stansiyasının ərazisindən 232 metr kabeli kəsib oğurlamağa cəhd göstərərkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR