Ermənistan Müdafiə Nazirliyinin binası mühasirəyə alındı

Ermənistan Müdafiə Nazirliyinin binası mühasirəyə alındı
Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərinin yaxınları artıq 12 saatdan çoxdur ki, Ermənistan Müdafiə Nazirliyinin binasını blokadaya alıb.

Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Səhər saat 11-dən onlarla insan binaya bütün giriş-çıxışı bağlayıb. Biz indi buradan çıxa bilmirik. Polis heç bir tədbir görmür”, - deyə bildirilib.

Aksiya iştirakçılardan biri canlı efirdə itkin düşmüş valideynləri aksiyaya səsləyib.

Polislər aksiya iştirakçılarını hədələyərək ərazini tərk etməyi, əks halda güc tətbiq edəcəklərini bildirirlər.

Qeyd edək ki, rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun olduğu təyyarənin Azərbaycandan Erebuni hava limanına "hərbi əsirlər” (Azərbaycan onları terrorçu olaraq tanıyır – red.) olmadan qayıtması xəbərindən sonra aeroporta toplanan valideynlər təkrar Müdafiə Nazirliyinin binasına qayıdıblar.

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...