Nazir: “Ermənistan hərbçilərini Azərbaycan ərazisində yerləşdirmək cəhdlərindən əl çəkmir”

Nazir: “Ermənistan hərbçilərini Azərbaycan ərazisində yerləşdirmək cəhdlərindən əl çəkmir”
"Bu kimi hallara gələcəkdə də şərait yaratmamaq üçün Erməni hərbi qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. Məlumatlar var ki, Ermənistan tərəfi öz hərbçilərini Azərbaycan ərazisində yerləşdirmək cəhdlərindən əl çəkmir".  

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib. 

Ceyhun Bayramov əlavə edib ki, bununla bağlı faktlar var: "Üç həftə öncə Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası olmuşdu. Bu valideynlər öz övladlarının Ermənistan ərazisindən kənarda xidmətə aparılmasına etiraz edirdilər. Faktlar var ki, Ermənistan mülki geyimdə öz hərbçilərini Azərbaycan ərazisinə yerləşdirməyə cəhd etmişdi. Bununla bağlı görüntülər, faktlar BMT-yə, ATƏT-ə, Avropa İttifaqına təqdim olunub".

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...