BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək - FOTO

BDU Azərbaycan Notariat Palatası ilə əməkdaşlıq edəcək - FOTO

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Notariat Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov imzalayıblar.

 

BDU-nun rektoru Elçin Babayev çıxış edərək Universitetlə Azərbaycan Notariat Palatası arasında əməkdaşlığın perspektivlərinin əhəmiyyətini vurğulayaraq, hüquqşünas kadrların yetişdirilməsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, notariat sahəsində ixtisaslı kadrların Universitetin tədris fəaliyyətinə cəlb edilməsi və digər məsələlər barəsində danışıb.

 

Notariat Palatasının sədri Hüseyn Məmmədov son dövrlərdə ölkədə notariat sahəsində aparılan islahatlardan bəhs edib. O, qeyd edib ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb. Xüsusi notariat institutu geniş tətbiq olunub, notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi istifadəyə verilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Palata sədri çıxışında bu istiqamətdə Bakı Dövlət Universiteti ilə gələcək əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.


Qeyd edək ki, müqavilə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsini, hüquq fakültəsi tələbələrinin notariat orqanlarında təcrübə keçməsinə şərait yaratmaq, notarial təcrübənin artırılması ilə bağlı birgə layihələr, konfranslar, simpozium və s. tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Görüşdə BDU-nun prorektoru Əliş Ağamirzəyev, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Vidadi Mayıl, Bakı şəhər 11 saylı Notariat ofisinin notariusu İlqar Məmmədov da iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...