“Rəsmi Bakı Rusiyaya nota verə bilər...” - “İsgəndər-M” raketlərilə ilə bağlı tutarlı açıqlama gecikir

“Rəsmi Bakı Rusiyaya nota verə bilər...” - “İsgəndər-M” raketlərilə ilə bağlı tutarlı açıqlama gecikir
"Şuşaya atılan "İsgəndər-M” raketlərilə bağlı Moskvadan izahat tələb edə, hətta nota verə bilərik. Amma elə reaksiya göstərməliyik ki, həm Azərbaycanın maraqları qorunsun,  həm də Rusiya ilə münasibətlərimizdə böyük bir böhran yaratmasın.  Azərbaycan cəmiyyəti məsələ ətrafında narahatlığı və reaksiyasını ortaya qoyub. Düşünürəm ki, rəsmilər də bu reaksiyanın ortaya çıxmasında maraqlıdır. Məsələn, ANAMA  rəsmisinin məsələ ilə bağlı 3 dəfə müxtəlif kontekstdə açıqlaması olub”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında Moskvanın Şuşada qalıqları tapılan "İsgəndər-M” raketlərilə bağlı bitkin cavab vermədiyi təqdirdə Azərbaycanın hansı addımlar atmalı olduğuna aydınlıq gətirərkən QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy deyib: 
 
"Rusiya Azərbaycan münasibətləri çoxmiqyaslı, çoxtərəfli münasibətlər səviyyəsindədir. Qarabağ məsələsi və Rusiya sülhməramlılarının gəlməsilə bu məsələ daha da həssaslaşıb. Rusiyadan "İsgəndər-M” raketlərilə bağlı dolğun cavab ala bilməsək, yaranmış vəziyyətdə elə etməliyik ki, Kreml bu müstəvidə Azərbaycan üçün müəyyən fürsətlər yaratsın”. 
 
Politoloq həmin fürsətlərin nədən ibarət ola biləcəyinə də aydınlıq gətirib: "Moskvadan açıqlama tələb edə bilərik.  Rusiyanın Qarabağ məsələsi ətrafında nisbətən düzələn imici "İsgəndər”lə bağlı yaranan son proseslə əlaqədar neqativə doğru dəyişir. Bu fonda Moskvadan həm öz imicini qorumaq, həm də Azərbaycanın da maraqlarına cavab verəcək addımların atılmasını gündəmə gətirə bilərik. Həmin addımlar antiterror əməliyyatlarına müəyyən fayda vermək, önümüzdəki dönəmdə sülhməramlıların azərbaycanlıların Qarabağa qayıdışı ilə bağlı bəzi addımlar atmasını, Azərbaycan rəsmilərinin Xankəndinə səfərinin təşkili, bu şəhərdə Qarabağın azərbaycanlı icmasının ofisinin açılması, Laçın koridoru ilə bağlı Bakını daha çox təmin edən əməkdaşlığın qurulması istiqamətində ola bilər”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...