Ən çox milyarderin yaşadığı şəhər dəyişdi - 7 il sonra ilk dəfə...

Ən çox milyarderin yaşadığı şəhər dəyişdi - 7 il sonra ilk dəfə...
Dünyada ən çox milyarderin yaşadığı yer bəlli olub.
 
Sfera.az xəbər verir ki, bu barədə məşhur "Forbes” jurnalı araşdırma aparıb. Qeyd edilib ki, Çinin paytaxtı Pekin siyahıya liderlik edir.

Belə ki, Pekində yaşayan milyarder sırasına daha 33 nəfər qatılıb və beləliklə şəhərdəki milyarder sayı 100-ə çatıb. Jurnalın məlumatına görə, Pekin yeddi ildir zirvədə olan və 99 milyarderin yaşadığı Nyu Yorku üstələyərək ilk sırada yer ala bilib. 

Buna baxmayaraq Nyu Yorkda yaşayan milyarderlərin sərvətinin Pekində yaşayanlardan 50 milyard dollar daha çox olduğu bildirilib.

Ümumilikdə, Çində yaşayan milyarderlərin sayı 698-ə qalxıb və bununla da say 724 milyarderin yaşadığı ABŞ-a yaxınlaşıb. 

Qeyd edək ki, bu sahədə üçüncü yerdə qərarlaşan ölkə 140 milyarderlə Hindistandır.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...