"Bu dərmanlar vəziyyəti daha da ağırlaşdırır...” - Həkimdən koronaviruslu xəstələrə ÇAĞIRIŞ

"Bəzi həkimlər adını hardasa eşitdiyi dərmanı xəstəyə verir, sonra pasient ağırlaşır".
 
Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov bildirib. Mütəxəssis koronavirus xəstələrinin yalnış həkimlərə müraciət etməsindən danışıb:

"Elə həkimlər var ki, aidiyyatı olmayan dərmanları reseptə yazıb doldururlar, xəstə daha da sıradan çıxır. Əgər koronavirusa yoluxmuş şəxslər mütəxəssisə müraciət etsələr, bu qədər ağırlaşmalar olmaz. Mütəxəssis dedikdə yoluxmuş insanların infeksionistlərə, terapevtlərə müraciətini nəzərdə tuturam. Cərrah yoluxmuş şəxsə nə edə bilər ki? Onların işi kəsib-doğramaqdır. Məsələn, mən bir insanı əməliyyat edə bilmədiyim ki, cərrah və digər sahə həkimləri də xəstəliyin xarakteristikasına bələd deyil, müalicə üsullarını bilmirlər. Xəstə bəzi belə həkimlərdən daha yaxşı bilir ki, hansı dərmanı içmək olar hansını yox".
 
İ.Bayramov bəzi dərmanların ağırlaşmaya səbəb olduğunu da qeyd edib:

"Hardasa dərman adı eşidib xəstəyə verirlər, sonra da vəziyyət ağırlaşır. Məsələn, bəzən xəstəyə aspirin verirlər ki, bu da mədə bağırsaq problemi olan şəxslərdə vəziyyəti daha da ağırlaşdırır. Bundan başqa əksər antibiotiklər ağciyərə əks təsir göstərir. Yoluxduğunu öyrənən və həkimə müraciət edən şəxsləri diqqətli olmağa çağırıram. Stomatoloqa yaxud cərraha müraciət etməyin, mütəxəssisə yoxlanın". 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...