“Hazırkı dərsliklərlə yola çıxsaq, yolda qalacağıq” – Ekspert dəyişən təhsil şərtlərindən danışdı

“Hazırkı dərsliklərlə yola çıxsaq, yolda qalacağıq” – Ekspert dəyişən təhsil şərtlərindən danışdı
"Koronavirus pandemiyası dünyada milyonlarla insanın təhsil almaq formasını dəyişdirib. Bundan sonra təhsil üçün yeni alətlər çox ehtiyac duyulan yenilikləri gətirə bilər”.

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, rəqəmsal uçurumu nəzərə alsaq, təhsil yanaşmalarındakı yeni dəyişikliklər bərabərlik boşluqlarını genişləndirə bilər:

"COVID-19-un təhsildə yaratdığı dəyişikliklər elə indidən bizə təhsilin uzunmüddətli perspektivdə daha yaxşıya və pisə doğru necə dəyişə biləcəyinə dair bir işıq ucu verir. Yəni, prosesin arxasınca gedənlər boşluqlarını 10 illərlə doldura bilməyəcək. Amma prosesə yön verənlər, daha böyük uğurlar qazanacaq. Biz hələ ki, birincilərdənik, yəni prosesin arxasınca gedirik”.

Ekspert gələcək dəyişikliklərə təsir edə biləcək üç istiqamətdən də söz açıb: "Birincisi, təhsil dəyişməyə məcbur edilib. Ona görə də dövlət bütün resurslarını səfərbər edərək hamını alətlərlə təmin etməlidir - Müəllimlərin vaksinasiya prosesini başa çatdırıb əlavə müəllim və əlavə əmək haqqı ilə keçirilməyən və zəif keçirilən dərsləri təkrar keçmək.  Dövlət və özəl təhsilin tərəfdaşlığı vəziyyətdən çıxış üçün vacibdir. Yəni, repititorlar, hazırlıq kursları, özəl liseyləri prosesə cəlb etməklə onların resursları, çevikliyi ilə tədrisdə yaranmış çatışmazlığı aradan qaldırmaq mümkündür. Rəqəmsal boşluqlar şagirdlər arasında fərqi genişlənə bilər. Bunun aradan qaldırılması üçün alternativ dərsliklər yaradılmalıdır”.

K.Əsədov qeyd edib ki, hazırkı dərsliklərlə yola çıxmaq yolda qalacağımızı qaçılmaz edir: "Daha sadə və yalnız vacib mövzuların olduğu dərslər hazırlanmalıdır. İbtidai sinif şagirdləri üçün səsli vəsaitlər hesabına oxuma, anlama vərdişlərini təkmilləşdirmək olar”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...