“Cənubi Qafqazda ilk vaksinasiya prosesi Azərbaycanda başladı” – Deputat

Cəmiyyət
14:00 / 07.04.2021
585
Xəbər verdiyimiz kimi, ötən gün ölkə başçı
İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciəti olub və
burada bir sıra məsələlər vurğulanıb.
Azərbaycanın peyvəndlərin paylanmasında ədalətliliyi
dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə
mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsini irəli sürməsi, COVAX təşəbbüsünə qoşulması və dəstəkləməsi,
həmçinin pandemiya ilə mübarizə sahəsində həm yerli, həm də qlobal səviyyədə
işlərin görülməsi kimi məsələlər qeyd edilib.
Digər tərəfdən ÜST-ün baş direktoru Tedros
Adhanom Qebreyesus Azərbaycanın pandemiya ilə mübarizədə nümunəvi ölkə olduğunu
bildirib. ÜST rəsmisi ölkə başçısına
müraciət edərək "mən sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında
və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları
Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə
paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı
fikrinizlə razıyam” – , deyə bildirib.
Bununla bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev
Sfera.az-a açıqlamasında qeyd edib ki, pandemiyanın başlanğıcından etibarən Azərbaycanda
da bu istiqamətdə mübarizə tədbirləri həyata keçirilib. Millət vəkilinin sözlərinə
görə, bu tədbirlərin həyata keçirilməsinə birbaşa ölkə başçısı İlham Əliyev və
birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edib:
Demək olar ki, Cənubi Qafqazda ilk dəfə
vaksinasiya prosesi də Azərbaycanda başladı. Yanvar ayından başlayaraq ölkədə
peyvəndləmə prosesi həyata keçirilir. Bir milyona yaxın vətəndaş birinci və ya
ikinci vaksini vurdurub. Dövlətin səyi nəticəsində, Türkiyənin dəstəyi ilə Çin
vaksinlərini ilkin olaraq əldə etdik. Bu da çox düzgün seçim idi. Avropada bəzi
ölkələr hələ də vaksinləri əldə etməkdə çətinlik çəkirlər. Biz yalnız bir ölkənin
istehsal etdiyi vaksinləri deyil, həmçinin digər şirkətlərin istehsal etdiyi
vaksinlərin Azərbaycana gətirilməsinə nail olmuşuq”.
Deputat həmçinin Azərbaycanın peyvəndlərin
paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında
"Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul
qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə
layihəsinin irəli sürülməsi, COVAX təşəbbüsünə
qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olmasından da söz açıb:
"Təəssüf ki, vaksinlərin paylanmasında ikili
standartlara yol verilir və bununla bağlı Azərbaycanda da haqlı etirazlar oldu.
Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu istiqamətdə narazılıqlar
mövcuddur. Azərbaycanın ilk gündən Ümumi Səhiyyə Təşkilatını və COVAX hərəkatını
dəstəkləməsinə baxmayaraq , onların ikili standartı təbii ki, biz tərəfdən heç
də müsbət qarşılana bilməzdi. Bilirsiniz ki, artıq 450 minə yaxın vaksin ölkəmizə
gətirilib. Bu onu göstərir ki, COVAX öz fəaliyyətində dəyişiklik etmək məcburiyyətində
qaldı, səhvini düzəltdi.
Günay Rəsulqızı