Bu məktəblərdə vaksinasiya prosesi yekunlaşdırıldı - SİYAHI

Cəmiyyət
11:47 / 07.04.2021
516
Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində 9, Abşeron rayonunda 21 ümumi təhsil müəssisəsinin hər birinin pedaqoji və texniki heyəti üzrə 90 %-dən çox əməkdaşının vaksinasiya prosesi yekunlaşdırılıb.
Sfera.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.
E.Əmrullayev həmin təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.