Bu təsdiqini taparsa, Azərbaycanda koronavirus daha sürətlə YAYILACAQ

Bu təsdiqini taparsa, Azərbaycanda koronavirus daha sürətlə YAYILACAQ
Xəbər verdiyimiz kimi, COVID-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb. Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.

 

 

Maraqlıdır, ölkə üzrə ev heyvanlarına koronavirusun aşkarlanması riski nə dərəcədədir? Sözügedən virus heyvanlarda da aşkarlanarsa, bu nə ilə nəticələnə bilər?


Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov virusun ev heyvanlarında aşkarlanacağı təqdirdə yoluxmanın sürətlə artacağını bildirib:


"Əgər ev heyvanlarında koronavirus aşkar edilərsə, virusun daha sürətlə yayılması mümkündür. Çünki məlum olduğu kimi heyvanlarda da asqırma, öskürmə funksiyası var. COVID-19-un yayılması da əsasən hava damcı yolu ilə baş tutur. Eyni zamanda xəstəlik insandan da heyvana keçə bilir".

 

Digər müsahibimiz infeksionist Vüqar Cavadzadəkoronavirusun 7 növünün insanda xəstəlik yarada biləcəyini diqqətə çatdırıb:


"Bundan əvvəl dünyada meymunlar üzrə koronavirus infeksiyası aşkar edilib. Ümumilikdə deyə bilərəm ki, koronavirus ailəsinin 40-dan çox növü var. Bu növlərdən cəmi 7-i insanda xəstəlik yaradacaq xüsusiyyətə malikdir. 40 növün içərisində olan digər formalar donuzlarda, quşlarda və digər heyvanlarda xəstəlik törədə bilir”.


Əzizə Zeynal

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan ordusu döyüş hazırlığı məşğələsi keçirib - FOTO

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib....

Ata və oğul qeyri-adi fırıldaqla 100 restoranda pulsuz yemək yeyib

Ata və oğul 100 restoranda aldatmaqla üç il ərzində pulsuz yemək yeməyə nail olublar. Fransanın Tulon şəhərində polis 48 yaşlı kişini və onun 18 yaşlı oğlunu də...

Elşad Abdulayev Baş Prokurorluğa çağırıldı

Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad İslam oğlu Abdulayev Baş Prokurorluğa dəvət olunub.     Sfera.az xəbər verir ki, bu ...

Rusiya Ukraynanın F-16-nı vurdu, pilot öldü - Zelenski

Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın F-16 döyüş təyyarəsini vurub.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vol...

Dəhşətli HADİSƏ: Qadın yeni dünyaya gətirdiyi körpəni xəstəxanada atıb QAÇDI

Mahaçqalada hüquq-mühafizə orqanlarının əməkdaşları yeni doğulmuş uşağını atmış qadını axtarır.   Sfera.az xəbər verir ki, bu barədə Dağıstan Da...

Qalaktikada böyük partlayış oldu - Mövcud nəzəriyyələr yenidən işlənəcək

Yer kürəsindən təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən superkütləli qara dəliyin misli görünməmiş partlamalarla aktivləşməsi elm dünyasında böyük maraq ...