Azərbaycanda ev heyvanları ilə bağlı CİDDİ TƏHLÜKƏ - Bu qurum araşdırmalara başladı

Azərbaycanda ev heyvanları ilə bağlı CİDDİ TƏHLÜKƏ - Bu qurum araşdırmalara başladı
"Artıq dünyada zoonos mənşəli olan koronavirusun insandan ev heyvanlarına keçməsi ilə bağlı faktlar mövcuddur”.
 
Sfera.az xəbər verir ki, bunu aqrar sahə üzrə ekspert Nicat Nəsirli deyib. O bildirib ki, bu, çox ciddi təhlükədən xəbər verir:

"Əgər virus ev heyvanları arasında yayılsa, bu əhalinin ərzaq təminatında ciddi problemlər yarada bilər. Yaxşı olar ki, bu istiqamətdə tədqiqatlar aparılsın və nəticələri ilə bağlı cəmiyyət məlumatlandırılsın”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva isə qeyd edib ki, Qida Təhlükəsizliyi İnstitutu artıq COVID-19 xəstəliyinin it və pişiklər arasında yayılmasının araşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlayıb:

"Bu layihə COVID-19 törədicisinin heyvanlar arasında yayılması səbəblərinin aşkarlanması və törədicinin ətraf mühitdə dövr etməsinin qarşısının alınması məqsədilə həyata keçiriləcək profilaktik tədbirlər baxımından böyük elmi əhəmiyyət kəsb edir. Tədqiqat işlərinin gedişatına əsasən, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür”.

Qurum rəsmisinin sözlərinə görə, mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin  heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir:

"Qeyd edim ki, COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında  COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınmışdır. 

Aparılan elmi araşdırmalara görə, COVID-19 xəstəliyinin heyvanlar, xüsusilə, it və pişiklər arasında yayılmasının əsas səbəblərindən biri yoluxmuş insanlarla sıx təmasdır. İlk dəfə COVID-19 xəstəliyinin alovlandığı Çinin Uhan əyalətində pişiklərdən götürülmüş qan serumlarında aparılmış immunoferment müayinələri (ELISA testi) nəticəsində onların COVID-19 testinin pozitiv olması aşkar edilib”.

Mətbuat katibi son olaraq bildirib ki, insanlardan ev heyvanlarına COVID-19 virusunun ötürülmə ehtimalı və ev heyvanları arasında virusun dövr etməsi barədə məlumatlar artır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiya Ukraynanın F-16-nı vurdu, pilot öldü - Zelenski

Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın F-16 döyüş təyyarəsini vurub.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vol...

Dəhşətli HADİSƏ: Qadın yeni dünyaya gətirdiyi körpəni xəstəxanada atıb QAÇDI

Mahaçqalada hüquq-mühafizə orqanlarının əməkdaşları yeni doğulmuş uşağını atmış qadını axtarır.   Sfera.az xəbər verir ki, bu barədə Dağıstan Da...

Qalaktikada böyük partlayış oldu - Mövcud nəzəriyyələr yenidən işlənəcək

Yer kürəsindən təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən superkütləli qara dəliyin misli görünməmiş partlamalarla aktivləşməsi elm dünyasında böyük maraq ...

Azərbaycanda zəlzələ oldu

Şamaxıda 3.4 bal gücündə zəlzələ olub.     Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmol...

Ukrayna Berlin kimi bölünəcək? – Trampın elçisindən qəribə açıqlama

“Ukraynada İkinci Dünya müharibəsindən sonra Berlində olduğu kimi bir Rusiya bölgəsi, bir Fransız bölgəsi və bir İngilis bölgəsi formalaşdırmaq olar&rdquo...

İlham Əliyev nəvələri ilə birlikdə idman edərkən görüntüləndi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovlar babaları, Azərbaycan Prezidenti İlham Əliyevlə idman zalından mara...