"Erməni zabitlər əsgərlərin hər şeyini oğurlayır" - Erməni hüquqşünas

Ermənistan ordusunun əsgərləri üçün nəzərdə tutulan ləvazimatların, qida məhsulları və geyimlərin satıldığı ilə bağlı xəbərlər yayılıb.

Sfera.az publika.az-a istinadən bildirir ki, "orer.am" saytının məlumatında orduya ayrılan yanacağın da oğurlanaraq satıldığı deyilir.
 
Hüquqşünas Qarik Qalikyan bildirib ki, Qarakənddə su daşıyan hərbi maşınların sürücüləri oğurluq benzinin bir çənini 8 min drama hərbiçilərdən aldıqlarını etiraf edirlər. İstənilən şəxs hərbi hissə komandanlığı ilə razılığa gələrək asanlıqla benzin, dizel yanacağı və maşın yağı əldə edə bilər.
 
"Bu yaxınlarda Ermənistan ordusunda yanacağın oğurlanaraq satılmasının qarşısı alınarkən qətl hadisəsi baş vermişdi. Belə ki, hərbi qulluqçu Hovhannes Petrosyan İcəvanın hərbi hissələrindən birində benzin oğurluğunun qarşısını alarkən qətlə yetirilimişdi. Hovhannesin atası  Vaçik Patrosyanın bildirdiyinə görə, oğlu zabitlərə benzin oğurlamağa icazə vermədiyindən, zabitlər onun başından güllə ilə vurublar. "Oğlum dəfələrlə bildirmişdi ki, zabitlər hərbi hissədən benzin oğurluğu edirlər. O da oğurluğun qarşısını almaq üçün bir neçə dəfə "kolonkanı" bağlayıb və nəticədə zabitlər benzini oğurlaya bilməyiblər. Biz bilirik ki, elə bu  səbəbdən də onu qətlə yetiriblər", - deyə Hovhannesin atası bildirib. Ermənistan ordusunda qida məhsulları və geyimlərin xarici ölkələrə satıldığı da məlumdur. Erməni zabitlər əsgərlərin hər şeyini oğurlayır", - deyə erməni hüquqşünas bildirib.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...