Polis Sabunçuda karantini pozan şəxslərə qarşı reyd keçirdi

Polis Sabunçuda karantini pozan şəxslərə qarşı reyd keçirdi
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Reyd zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. Virusun yayılma ehtimalı çox olan məkanlarda polis əməkdaşlarının nəzarəti gücləndirilib. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.

Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

Bir daha hər kəsdən tələb olunur ki, həm şəxsi sağlamlıqlarını, həm də ki, digərlərini bu virusdan qorumaq üçün sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər.


OXŞAR XƏBƏRLƏR

Qalaktikada böyük partlayış oldu - Mövcud nəzəriyyələr yenidən işlənəcək

Yer kürəsindən təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən superkütləli qara dəliyin misli görünməmiş partlamalarla aktivləşməsi elm dünyasında böyük maraq ...

Azərbaycanda zəlzələ oldu

Şamaxıda 3.4 bal gücündə zəlzələ olub.     Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmol...

Ukrayna Berlin kimi bölünəcək? – Trampın elçisindən qəribə açıqlama

“Ukraynada İkinci Dünya müharibəsindən sonra Berlində olduğu kimi bir Rusiya bölgəsi, bir Fransız bölgəsi və bir İngilis bölgəsi formalaşdırmaq olar&rdquo...

İlham Əliyev nəvələri ilə birlikdə idman edərkən görüntüləndi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovlar babaları, Azərbaycan Prezidenti İlham Əliyevlə idman zalından mara...

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

İlin sonunda "İnter Mayami" ilə müqaviləsi başa çatan Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.     Sfera.az xəbər verir...

Bakıda maşın maneəyə çırpıldı, 2 nəfər xəsarət aldı - FOTO

Bakıda maşın maneəyə çırpılıb, 2 nəfər xəsarət alıb.   Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Sf...