DİN Xırdalanda itkin düşən qadınla bağlı açıqlama verdi - FOTO

17:36 / 06.04.2021
966
Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sfera.az bildirir ki, DİN-in Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, C.Əliyevanın itkin düşməsi ilə bağlı müraciət qeydə alınıb, axtarışlar aparılır.
Qeyd edək ki, C.Əliyevanın bacısı "Report"a deyib ki, hadisə 6 gün əvvəl qeydə alınıb.