Azərbaycanlı milyarderlər niyə Qarabağın bərpasına pul xərcləmir?

15:39 / 06.04.2021
892
"Milli hisslərin zəif olması və yaşadıqları
ölkələrdə yerli strukturlardan asılı olmalarından irəli gəlir”.
Bu sözləri Sfera.az-a açıqlamasında dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlı imkanlı şəxslərin mütləq əksəriyyətinin
Qarabağın bərpası və qazi, şəhid ailələrinə yardım məsələlərində aktivlik nümayiş etdirməmələrinə münasibət bildirərkən
sosioloq Əhməd Qəşəmoğlu deyib:
"Azərbaycanlı miyarderlər, imkanlı
insanlarımız tək müharibədən sonra yox, ondan əvvəl də xeyriyyə işlərində erməni
və yəhudilərə nisbətən fərqli davranış nümayiş etdirdilər. Bu əsasda belə qənaətə gəlmişəm ki, ermənilər arasında milli hissləri güclü
olanlara kömək olunub və onlar irəli
çıxaraq bu və ya digər imkanlara sahib olublar. Məhz diaspora və ölkə daxilində onlara kömək edilməsinin nəticəsidir
ki, ermənilər arasında zəngin olanlar sırasında milli hissi güclü olanlar
çoxluq təşkil edir. Ermənkistanda onları heç kim qınamır, heç kəs təzyiq göstərmir”.
Sosioloqun fikrincə, milyarder soydaşlarımız arasında milli hisslər
zəifdir: "Rusiyada yaşayan zənginlərimiz
Qarabağın bərpası prosesinə yardım etməklə erməni təəssübkeşlərinin onlardan
incik düşəcəyindən, maneə olacaqlarından ehtiyat edirlər. Çünki bilirlər ki,
Rusiya ermənilərin təəssübünü çəkir. Həmçinin, milyoner olan soydaşlarımızın mütləq
əksəriyyəti heç də milli hisslər
baxımından bu səviyyəyə gəlib çatmayıb. Yalnız yaşadıqları ölkədə yerli
strukturlarla güclü əlaqələri sayəsində bu imkanı əldə ediblər.
Elçin