Hacıbala Abutalıbov həbs oluna bilər

Hacıbala Abutalıbov həbs oluna bilər
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs edilib. O, Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bəs fəaliyyəti dövründə Rasim Quliyevə tapşırıqlar verən Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da məsuliyyətə cəlb oluna bilərmi?

Sfera.az bildirir ki, modern.az-ın bu sorğusunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cavablandırıb.
Ç.Qənizadə hər kəsin öz əməlinə görə məsuliyyət daşıdığını qeyd edib:

"Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Əgər istintaq zamanı məlum olsa ki, Rasim Quliyev qanunazidd əməlləri Hacıbala Abutalıbovla birgə və ya onun tapşırığı ilə edib, o zaman keçmiş mer də məsuliyyətə cəlb oluna bilər. Hər hansı bir məmurun həbsi nəticəsində onun rəhbərinin barəsində də cinayət işinin qaldırılması qanuna ziddir. İstintaq zamanı qanunauyğunsuzluq ortaya çıxarsa,o zaman rəhbər şəxs də məsuliyyətə cəlb olunacaq”.

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...