Avronun "atası" vəfat etdi

Avronun
Kanadalı alim, 1999-cu ilin Nobel İqtisadiyyat Mükafatının sahibi Robert A.Mandel 88 yaşında İtaliyanın Siena şəhəri yaxınlığındakı evində vəfat edib.

Sfera.az  xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəsi olmuş alim "avronun atası” kimi də tanınır. Belə ki, hələ ötən əsrin 60-cı illərin əvvəllərində müəlliflərindən biri olduğu optimal valyuta əraziləri (OCA), yaxud optimal valyuta regionları (OCR) nəzəriyyəsində dövlət sərhədlərilə əhatə olunmayan müəyyən coğrafi regionunda maksimum iqtisadi fayda əldə etmək üçün vahid monetarist siyasəti yeridilərək eyni pul vahidinin tətbiqini nəzərdə tutur.

Həmçinin o, ötən əsrin 70-ci illərində vergi dərəcələrini kəskin şəkildə azaldan və sonradan, 80-ci illərdə prezident Ronal Reyqan tərəfindən geniş tətbiq edildiyi üçün "Reyqanomik” adı ilə tanınan iqtisadi siyasətin banisi hesab olunur.

Bir neçə universitetdə dərs deyən R.Mandel həyatının əksər hissəsini Nyu-Yorkdakı Kolumbiya Universitetinə həsr edib. O, 70-ci illərdə Avropa İttifaqının sələfi İqtisadi Valyuta Birliyinin maliyyə komitəsində çalışıb. 1999-cu ildə "müxtəlif məzənnə rejimləri altında pul və maliyyə siyasətini və optimal valyuta sahələrini təhlil etdiyinə” görə Nobel İqtisadiyyat Mükafatına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...