Bakıda təhlükəli anlar - Kran hər an aşa bilər - VİDEO

13:04 / 06.04.2021
1271
Bakıda tikinti üçün quraşdırılan kran sakinlər üçün təhlükəli vəziyyət yaradıb.
Sfera.az xəbər verir ki, təhlükəli vəziyyət Bakıda Yeni Günəşli qəsəbəsində müşahidə olunur.
Sakinlər bildirirlər ki, kranın qaldırıcı hissəsi uzun olduğundan güclü küləyin təsirindən yellənir. Bu anları görüntüyə alan vətəndaş, kranın hər an aşaraq ətrafdakı yaşayış evlərinə təhlükə yarada biləcəyini söyləyir.
(trend)