Ümrə ziyarətinə yalnız bu şəxslər gedə biləcək - Səudiyyə Ərəbistanı şərtləri açıqladı

Ümrə ziyarətinə yalnız bu şəxslər gedə biləcək - Səudiyyə Ərəbistanı şərtləri açıqladı
Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi Ramazan ayından etibarən yeni kriteriyalar tətbiq etməklə normallaşmaya doğru addımlar atacaqlarını açıqlayıb.
 
Sfera.az xəbər verir ki, bu məqsədlə Səudiyyə Ərəbistanı Ramazan ayından əvvəl Ümrə ziyarəti edənlər üçün yeni kriteriyalar təyin edib. Belə ki, ölkəyə daxil olan zəvvarlar 3 kateqoriyaya uyğun olmalıdırlar.

Nazirlik tərəfindən verilən açıqlamada yoluxaraq sağalanlar, peyvənd olunmasından ən azı 14 gün keçmiş şəxslər, iki dozadan artıq peyvənd olunanların Ümrə ziyarəti üçün ölkəyə buraxılacaqları qeyd olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koronavirus səbəbilə 2020-ci ilin iyul ayında tarixdə ən kiçik Həcc ziyarətinə ev sahibliyi edib.
 
2019-cu ildə Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gələn müsəlmanların sayı 2 milyon təşkil etsə də 2020-ci ildə bu say 10 min nəfərlə məhdudlaşıb.
 
Sfera.az
İnci
 

OXŞAR XƏBƏRLƏR