Ümrə ziyarətinə yalnız bu şəxslər gedə biləcək - Səudiyyə Ərəbistanı şərtləri açıqladı

12:10 / 06.04.2021
836
Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi Ramazan ayından etibarən yeni kriteriyalar tətbiq etməklə normallaşmaya doğru addımlar atacaqlarını açıqlayıb.
Nazirlik tərəfindən verilən açıqlamada yoluxaraq sağalanlar, peyvənd olunmasından ən azı 14 gün keçmiş şəxslər, iki dozadan artıq peyvənd olunanların Ümrə ziyarəti üçün ölkəyə buraxılacaqları qeyd olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koronavirus səbəbilə 2020-ci ilin iyul ayında tarixdə ən kiçik Həcc ziyarətinə ev sahibliyi edib.
Sfera.az
İnci