Siqaret yenidən bahalaşacaq? - AÇIQLAMA

Siqaret yenidən bahalaşacaq? - AÇIQLAMA
Nazirlər Kabinetinin 87 və 88 nömrəli qərarında 2021-ci il 23 fevral tarixli Vergi Məcəlləsinə edilən dəyişiklik öz əksini tapıb.

Sfera.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov oxu.az-a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qərar parlamentdə müəyyən müddət əvvəl qəbul olunub.

Millət vəkili əlavə edib ki, Nazirlər Kabinetinin 87 və 88 saylı qərarı isə sadəcə uyğunlaşma xarakteri daşıyır.

Qərarda vurğulanıb ki, məcəlləyə dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında da dəyişikliklər edilməsinə zərurət yaranıb.

Əlavə edək ki, müvafiq 23 fevral tarixli Vergilər Məcəlləsinə dəyişiklik qəbul edildikdən sonra artıq 11 mart tarixindən siqaret qiymətlərində artım rəflərdə öz əksini tapıb. Yəni hazırkı qərarın qiymətlərə təsiri müşahidə olunmayacaq.

Qeyd edək ki, Məcəllənin 164-cü, 188-ci və 190-cı maddələrində dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən (164-cü maddə), ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə edib.

Vergi Məcəlləsinə edilən dəyişikliklə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı 1 yanvar 2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilib.

Vergi Məcəlləsinin 188-ci maddəsinə edilən dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 1 yanvar 2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilib.

Vergi Məcəlləsinin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilib, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılıb.


OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...