Küləkli havada nələri etmək olmaz? - Bakıda TƏHLÜKƏ

Küləkli havada nələri etmək olmaz? - Bakıda TƏHLÜKƏ
Xəbər verdiyimiz kimi bugün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 
 
Küləkli havalarda tikinti işlərinin getdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin hələ də görülmədiyinin şahidi oluruq. Təkcə sakinlər üçün deyil, həmçinin fəhlələr üçün də bu qaydalar gözlənilmir. Küləkli havaya rəğmən, tikinti işləri davam etdirilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında deyib ki, havanın küləkli olması ilə əlaqədar olaraq, təhlükə riskli sahələrdə işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına daha ciddi riayət etmək lazımdır:

"Küləkli havanın təsirindən uçqun, aşma, dağılma ilə nəticələnə biləcək işlərin görülməsi həm orada çalışan işçilərin, həm də ətrafda olan insanlara və əmlaka zərər yetirə biləcəyini nəzərə alaraq təhlükəsizlik qaydalarını önə çəkir. Belə obyektlərdən biri də tikinti sahəsidir ki, küləkli havada orada çalışan işçilər hündürlükdə işlərin görülməsi zamanı həyatları üçün hər hansı təhlükə olmasın. Həm də tikinti sahəsində olan kimyəvi tərkibli mal-materiallar, dəmir konstruksiyalar, taxta və daş-kəsək parçalarını külək ətrafa dağıtmasın, insanların sağlamlığına, əmlakına zərər dəyməsin”.

Ekspertin sözlərinə görə, küləyin sürəti 15 m/s olanda açıq havada işçilərin çalışdırılması yolverilməzdir:

"Hündürlükdə görülən işlər dayandırıla və işçilər təhlükəsiz yerdə digər işlərin görülməsinə cəlb oluna bilərlər. Daha sonra işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir. Başında dəbilqə, xüsusi geyim  forması , iş ayaq geyimi, hündürlükdə görəcəyi işlə bağlı təhlükəsizlik kəməri,eynək,əlcək ilə təmin olunmalıdır. Küləkli havada tez alışan, yanma riski yüksək olan materialların saxlanılması və daşınması zamanı da diqqətli olmaq lazımdır. Küləkli havada yanğın olarsa, daha geniş miqyasda yayıla bilər”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...