TƏBİB-dən koronavirusa yoluxanlara və həkimlərə VACİB MÜRACİƏT

TƏBİB-dən koronavirusa yoluxanlara və həkimlərə VACİB MÜRACİƏT
Tibbi Əraziləri Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib.

Sfera.az-a daxil olan müraciətdə deyilir:

"Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən "COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir.

Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb.

TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir.

Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik.

Həmin protokolları təqdim edirik:



OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...