Şahin Seyidzadə Aşağı Güzdək qəsəbəsində sakinlərlə görüşdü - FOTO

23:10 / 05.04.2021
1665
Milli
Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin
Seyidzadə təmsil etdiyi Aşağı Güzdək qəsəbəsində vətəndaşlarla fərdi qaydada səyyar
formalı qəbul keçirib.
Sfera.az xəbər verir ki, Abşeron rayonu Aşağı Güzdək, Hökməli, Qobu və Perekeşkül qəsəbələrindən olan 18 sakininin iştirak etdiyi səyyar qəbulda təhsil, sosial təminat, bank məsələləri, məşğulluq, infrastruktur, kommunal xidmətlər kimi bir neçə digər sahə ətrafında müraciətlər dinlənilənilib.
Bu barədə Şahin Seyizadə öz sosial şəbəkə hesabında qeyd edib.
Qeyd edək ki, ötən mart ayında deputat tərəfindən təmsil etdiyi Abşeron və Qobustan rayonlarında ümumilikdə 51 sakinin iştirak etdiyi fərdi vətəndaş qəbulu keçirilmişdir.