Ərdoğandan saxlanılan admirallarla bağlı: Zərərli cəhd...

Ərdoğandan saxlanılan admirallarla bağlı: Zərərli cəhd...
Bu qətiliklə zərərli bir cəhddir.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Montrö razılaşmasını müdafiə edən məktuba imza atan admirallarla bağlı çıxışında bildirib.

"Montrö anlaşması dövrün şərtləri baxımından əhəmiyyətli bir qazancdır. Montrö qazanclarına əhəmiyyət veririk və daha yaxşısını tapana qədər sadiqik", - Ərdoğan vurğulayıb.

Ərdoğan ehtiyatda olan admiralların hər hansı bir təşəbbüslə çıxış etmək haqqı olmadığını söyləyib:

"Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kiprdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik. Həmçinin, 15 iyul dövlət çevrilişinə cəhd zamanı da onların millətimizin yanında dayandıqlarının şahidi olmadıq".

Qeyd edək ki, bundan öncə ehtiyatda olan 103 admiral Montrö razılaşmasının Türkiyənin diplomatik qələbəsi olduğu, onun Bosfor və Dardanel boğazlarında suveren haqlarını bərpa etdiyini, İstanbul Kanalı layihəsi sayəsində razılaşmaya yenidən baxılması ilə bağlı diskussiyaların qəbuledilməz olduğunu bildirən açıq məktub yaymışdılar. Məktubda həmçinin admirallar Türkiyənin hazırkı Konstitusiyasına dəyişikliklərin edilməməsi və Türkiyənin Atatürk ideyalarından uzaqlaşmaması gərəkdiyini bildirmişdilər. Admiralların məktubuna Türkiyə iqtidarı tərəfindən sərt reaksiya verilmişdi.

Bir müddət əvvəl Türkiyə hökuməti rəsmən İstanbul Kanalı layihəsinin Montrö konvensiyasına mane olmayacağını və Türkiyənin bu razılaşmadan imtina etməyəcəyini açıqlamışdı.

Montrö razılaşması 1936-cı ilə bağlanılıb. Razılaşmaya əsasən, sülh və savaş dövründə boğazlardan bütün ölkələrin ticarət gəmilərinin keçidinə izn verilir. Hərbi gəmilərə gəlincə isə Qara dəniz sahilində yerləşməyən ölkələrin gəmilərinə bu dənizdə qalmaqda müəyyən məhdudiyyətlər müəyyən edilib. Razılaşmanın ən əsas məqamı boğazların tam olaraq Türkiyənin nəzarətinə keçməsi olub.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...