Məktəblər və bağçalar bu vaxta qədər açılmamalıdır - XƏBƏRDARLIQ

Məktəblər və bağçalar bu vaxta qədər açılmamalıdır - XƏBƏRDARLIQ
"COVİD virusunu ilk tanıdığımız gündən dəyişməyən qanun odur ki, infeksion xəstəliklərə qarşı qorunma tədbirləri öz aktuallığını saxlayıb".

Sfera.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, avtobuslardakı sərnişin sıxlığı yoluxmanı sürətlə artırır:

"Ümumiyyətlə infeksion xəstəliklərdə infeksiya mənbəyi, ötürülmə zənciri mütləq olmalıdır və həssas orqanizm olmalıdır. Mənbəyə qarşı bu dəqiqə əlimizdə bu dəqiqə heç bir vasitə yoxdur. Yəni törədicini (COVİD-19) məhv etmək üçün əlimizdə bir dərman preparatı və yaxud xüsusi bir maddə yoxdur. İnsan orqanizmdə sadəcə edə biləcəyimiz vaksinasiya etməkdir və səhhətində yarana biləcək faktorları aradan qaldırmaqdır. Ən böyük şansımız ötürülmə yolunu kəsməkdir. Ötürülmə yolu bu infeksiyanın yayılmasında, pandemiyanın sonlana bilməməsində əsas faktordur.

Ötürülmə zəncirinin formalaşmasında uşaqların çox böyük bir rolu var. Yəni, uşaqlar hər nə qədər də xəstəliyi yüngül keçirsələr də, xəstəliyi bir şəxsdən başqa bir şəxsə ötürən əsas mənbədir. Ona görə də məktəblərin, bağçaların bağlanması doğru bir seçimdir. Aşkarlanan yoluxma sayı iki rəqəmliyə enənə qədər təhsil müəssisələri açılmamalıdır. Yalnız o zaman məktəblərin, bağçaların açılmasına icazə verilə bilər. 

Həm də nəzərə almalıyıq ki, təhsil müəssisələri işlədikcə ictimai nəqliyyatın yüklənmiş vəziyyətdə çalışmasını görürük. Nəzərə alsaq ki, metro işləmir, avtobuslarda sərnişinlərin kifayət qədər çox olmasını, sosial məsafənin heç bir halda gözlənilmədiyinin şahidiyik. Bu proses də təbii ki, yoluxmanı sürətlə artırır. Nəzərə alsaq ki, bağçalarda, məktəblərdə uşaqların maska taxması, tez-tez əl gigiyenasına riayət etməsi, sosial məsafəni gözləməsi və vaksinasiya olunmamaları qaydalarına tam riayət olunmur, bağçalar və məktəblərin bu vəziyyətdə bağlanması qərarını doğru hesab edirəm. 

Bildiyiniz kimi 5 qızıl qaydamız var - əl gigiyenası, maskadan istifadə, sosial məsafə saxlamaq, qapalı məkanların havalandırılması və vaksinasiya. Bunlardan dördü məktəb və bağçalarda ciddi şəkildə gözlənilə bilmir. Yalnız havalandırmanı məktəb müəllimləri icra edirlər. Digər qaydalar ciddi şəkildə gözlənilə bilmədiyi üçün oradan yoluxma riski artır və bu uşaqlar da evdə yaşlı şəxslərin yoluxmasına zəmin yaradırlar. Risk qrupundan olan insanların da eyni vaxtda təbii olaraq xəstəxanaların yüklənmiş vəziyyətdə çalışmasına gətirib çıxaracaq. Bu baxımdan da məktəb və bağçaların tam qapanması doğru olar. Universitetlər isə mütəmadi qapanmalarla təhsilə davam edə bilər". 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...