Bağçaların tabeçiliyi hansı qurumda olmalıdır? – Təhsil Nazirliyi yoxsa, BŞİH...

16:21 / 05.04.2021
569
"Təhsil Nazirliyinin cəm halında "təhsil müəssisələri
və bağçalar” açıqlaması ilk günlər normal olaraq da məntiqli qarşılandı. Yəni
bağçalar, məktəbəqədər təhsil müəssisələri
normal məntiqlə bütöv təhsil sisteminin bir tərkib hissəsidir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan
İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O bildirib ki, təhsil
naziri Emin Əmrullayevin bilərəkdən və ya bilməyərəkdən bu açıqlamanı verməsi
yenidən dövlət bağçalarının tabelilik məsələsini gündəmə gətirib:
"Əgər nazirlik diqqəti cəlb etmək baxımından
qabaqcadan hesablamaqla da bu açıqlamanı veribsə, düşünürəm ki, çox doğru addım
atıb. Ümid edək, hökumətdə qərar qəbul edənlər bu sahədə daha effektiv və səmərəli
idarəetmə prinsiplərini tətbiq edəcəklər. Bu gün isə, bağçaların tabe olduğu
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən
bildirilib ki, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti
davam edir.
Yeri gəlmişkən, xatırlayıram ki , korrupsiyaya
qarşı mübarizə ilə əlaqəli bir dövlət tədbirində Təhsil nazirliyi rəsmisi Bakı
şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndəsinə təklif etdi ki, bağçalara elektron
qəbul məsələsini həll etmək üçün nazirlikdə artıq hazır və aktiv olan "1-ci
siniflərə və məktəbəhazırlığa” elektron
qəbul informasiya sistemini BŞİH-ə təqdim edə bilər. Lakin sonradan məlum oldu
ki, artıq mövcud olan, sadə bir dövlət informasiya sistemini yenidən hazırlamaq
üçün Bakı şəhər İcra Hakimiyyəti "Eurodesign” şirkətinə 390 000 manat vəsait
ayırıb”.
Günay