“ABŞ və müttəfiqlərinə qarşı tədbirlər ala bilərik” - Zaxarova

“ABŞ və müttəfiqlərinə qarşı tədbirlər ala bilərik” - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın və müttəfiqlərinin qısa və ortamənzilli raket yerləşdirmə planlarına qarşı hərbi tədbirlər ala biləcəkləri barədə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlama verib.

O, Böyük Britaniya və ABŞ-ın yaxın və ortamənzilli raket yerləşdirmə planlarının ehtimal olunan gərginliyin qarşısını almağı daha da çətinləşdirdiyini qeyd edib.
Mariya Zaxarova quruda yerləşdirilən qısa və ortamənzilli raket arsenallarını formalaşdırmaq istəyən ABŞ və onun Avropa, eləcə də Asiya və Okeaniyadakı müttəfiqlərinə qarşı praktiki tədbirləri araşdırmağa davam etdiklərini bildirib.

O əlavə edib ki, Rusiya dialoq üçün qapını heç bir halda bağlamır, lakin mövcud vəziyyətdə Rusiyanın ortaya çıxan raket təhdidləri qarşısında hərbi-texniki cavab tədbirləri almağa fokuslanacağı istisna deyil.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...