Mahmud Abbas müalicə üçün Almaniyaya aparılacaq

Dünya
15:32 / 05.04.2021
799
Fələstin lideri Mahmud Abbasın bu gün müalicə üçün Almaniyaya aparılması gözlənilir.
Sfera.az "The Times of Israel”ə istinadən xəbər verir ki, 85 yaşlı Mahmud Abbas vertolyotla Ramallahdan Əmmana aparılacaq. Oradan Almaniyaya səyahət edəcək. Onun prostat xərçəngindən və ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
Dövlət başçısının sözçüsü Prezidentin səhhəti ilə bağlı şərh verməkdən imtina edib.