Saxta vaksin sənədi haqda məlumatla bağlı TƏBİB-dən AÇIQLAMA

Saxta vaksin sənədi haqda məlumatla bağlı TƏBİB-dən AÇIQLAMA
TƏBİB koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlara münasibət bildirib.

Qurumdan Sfera.az-a daxil olan məlumatda qeyd edilir ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə "Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir: "Lakin təəssüf ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır.

TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata  dönə bilməyimiz üçün yeganə vasitədir.

TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”.

OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...