Dörd yaşlı Tahir təkərli oturacaqla təmin olundu - FOTOLAR

Dörd yaşlı Tahir təkərli oturacaqla təmin olundu - FOTOLAR
"Balaca balamız Cəfərli Tahirin təkərli oturacaqla təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətimiz müsbət həllini tapıb”.

Bu sözləri Millət vəkili Emin Hacıyev özünün "Facebook” səhifəsində yazıb:

"Dövlətimizin fiziki məhdudiyyəti olan şəxslərə diqqət və qayğısının növbəti təsdiqidir ki, fenilketonuriya xəstəliyindən əziyyət çəkən 4 yaşlı balaca balamız Cəfərli Tahir Məhəd oğlunun təkərli oturacaqla təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız müraciət qısa müddət ərzində həllini tapıb. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən balaca dostumuz təkərli oturacaqla təmin olunub.

Əlilliyi olan şəxslərin sosial təminatının, tibbi-sosial reabilitasiyasının təkmilləşdirilməsi və bu istiqamətlərdə müvafiq işlərin ildən-ilə gücləndirilməsi bir daha dövlətimizin əlilliyi olan şəxslərə diqqət və qayğısının bariz nümunəsidir.

Eyni zamanda qeyd etmək istərdik ki, cəmiyyətin sosial qayğılarını daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun xətti ilə indiyədək 100 minlərlə vətəndaşımız respublikada, həmçinin ölkə hüdudlarından kənarda müayinə və cərrahiyyə əməliyyatı olunub, müalicə reabilitasiya kursları keçib.

Heydər Əliyev Fondu ölkəmizdə təhsilin, səhiyyənin və mədəniyyətin, idmanın inkişafına, insanların konkret qayğı və problemlərinin həllinə və Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verir.

Bu yöndə görülən işlər Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.

4 yaşlı Cəfərli Tahir Məhəd oğlu ilə görüş zamanı valideynləri övladlarının qısa müddət ərzində təkərli oturacaqla təmin olunmasına görə ölkə başçısına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlıqlarını bildiriblər”.

OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...